Bakıda “20 Yanvar” metrostansiyası yaxınlığında yanğın baş verib - VİDEO
Bu gün paytaxtın Yasamal rayonunda yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında açıq sahədə yanğın baş verib.
Patrulaz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə barədə “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan dərhal sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür. Yanğının səbəbləri və əhatə etdiyi ərazi barədə əlavə məlumat verilməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.