media-inshot_20260507_165725810

Bakıda fəaliyyət göstərən apteklərdən birində müştəri satıcıların qiymət manipulyasiyası edərək onu aldatdıqlarını iddia edir.

Patrul.az-a daxil olan məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən aptekdə qeydə alınıb.

Redaksiyamıza müraciət edən iki uşaq anası bildirib ki, sözügedən aptekə uşaq bezləri almaq üçün yollanıb. Şikayətçinin sözlərinə görə, hər birinin qiyməti 13.50 AZN olan iki bağlama uşaq bezinin ümumi dəyəri 27 AZN təşkil etməli olsa da, satıcılar onun kartından daha artıq məbləğ çıxıblar.

Belə ki, vətəndaşa təqdim olunan ödəniş qəbzində məbləğ 28.42 AZN göstərilib.

Maraqlısı budur ki, kassa qəbzindəki rəqəmlə kartdan çıxılan məbləğ də üst-üstə düşməyib – qadının bank hesabından 28 AZN tutulub.

Müştəri həmçinin qeyd edib ki, satıcılar ödəniş qəbzini ona təqdim etməkdən yayınmağa çalışıblar.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər