media-38f72b44-59a1-4a61-8d69-1c6f01bf9a0c_1657886956_bagca

Bakıdakı 265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət alıb.

Patrulaz.az xəbər verir ki, müəssisədən “Azərbaycan müəllimi”nə tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım göstərildiyi bildirilib.

Bağça rəhbərliyi tərəfindən uşağın valideyninə dərhal məlumat verilib.

Azyaşlı səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım göstərilib. O, vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.


Bənzər xəbərlər