media-img_2557

Azadlıq prospekti, 13 ünvanında çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib.

Patrulaz.az xəbər verir ki, bu barədə Nəsimi Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Qeyd edilib ki, məsələ ilə bağlı icra hakimiyyəti tərəfindən dərhal tədbirlər görülüb.

“Belə ki, sözügedən binanın damında qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb. Qeyd edək ki, bu qanunsuz tikililər binanın dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradıb”, – məlumatda vurğulanıb.

media-img_2556
media-img_2555
media-img_2554
media-img_2553


Bənzər xəbərlər