Bakıda çoxmərtəbəli binada yanğın baş verib - VİDEO
Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən çoxmərtəbəli binaların birində yanğın baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Patrulaz.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal hadisə yerinə cəlb olunub.
Ərazi mühafizə altına alınıb, təhlükəsizlik və digər zəruri tədbirlər görülür. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.






