media-photo-output

Səhər saatlarında paytaxtın Qaradağ rayonunun Səngəçal qəsəbəsində dəhşətli yol qəzası baş verib.

Patrulaz.az xəbər verir ki, 77-UM-473 dövlət nömrə nişanlı “KIA Sorento” avtomobili yol ayrıcındakı dəmir arakəsməyə çırpılıb. Zərbənin gücündən arakəsmə maşının ön hissəsindən girərək arxadan çıxıb.

Hadisə zamanı maşında iki uşaq da daxil olmaqla gənc ailə olub. Xoşbəxtlikdən, heç kəs xəsarət almayıb. Bildirilir ki, qəzanın səbəbi sürücünün sükan arxasında yuxulaması olub.

Avtomobilə ciddi ziyan dəyib, faktla bağlı araşdırmalar davam etdirilir.


Bənzər xəbərlər