media-inshot_20250607_232820628

Paytaxtın Səbail rayonunda gücü 380 kVt olan transformatorun iç hissəsində yanğın baş verib.

Patrulaz.az xəbər verir ki, Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə zamanı transformatorun daxilində yerləşən 1 ədəd sayğac və 1 paqonmetr çıxış kabeli yanıb.

Transformatorun digər hissələri yanğından mühafizə olunub. Alov FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən tam nəzarət altına alınıb.


Bənzər xəbərlər