media-inshot_20260410_182203558

İranın Bakıdakı səfirliyi tərəfindən ölkənin keçmiş Ali Rəhbəri Ayətullah Əli Xameneyinin vəfatının 40-cı günü münasibətilə anım mərasimi təşkil olunub.

Patrul.azın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, millət vəkilləri, hökumət üzvləri, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.

Xatırladaq ki, aprelin 8-də Tehranda da Əli Xameneyinin vəfatının qırxıncı günü ilə bağlı genişmiqyaslı anım mərasimi keçirilmişdi. Ümumilikdə, 8-10 aprel tarixlərində Bakı ilə yanaşı Tehran, Ərdəbil və İranın digər şəhərlərində də müvafiq tədbirlər təşkil olunub.

Qeyd edək ki, İranın Ali Lideri Əli Xameneyi cari ilin 28 fevral tarixində İsrail tərəfindən İrana qarşı həyata keçirilən hərbi hücum nəticəsində həlak olub. Hadisə zamanı onunla birlikdə kürəkəni, gəlini və nəvəsi də həyatını itirib.


Bənzər xəbərlər