Bakıda gözəllik salonunda dəhşətli zorakılıqla bağlı DİN hərəkətə keçdi
Bu gün Nizami rayonu, Qara Qarayev prospekti 105 ünvanında yerləşən gözəllik salonlarından birində baş vermiş ağır zorakılıq hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Cəsarət Qənbərov Patrulaz.az-a açıqlama verib.
O bildirib ki, daxil olan məlumat əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırmasına başlanılıb. Ekspertiza rəyi və prosessual araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.






