media-img_6376

Bakıda itkin düşmüş kimi axtarışları aparılan şəxslər tapılıblar.

Patrulaz.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

O deyib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarışları aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

Qeyd edilib ki, yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışlarının aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Araşdırma DİN-in nəzarətinə götürülüb.

Xatırladaq ki, qızlar 16 aprel, saat 20 radələrində yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər.


Bənzər xəbərlər