Bakıda körpüdə sürücünün ölümü ilə nəticələnən dəhşətli qəza baş verib - VİDEO
Babək prospektində “Babək” körpüsü üzərində “Chevrolet Aveo” markalı minik avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib
Patrulaz.az xəbər verir ki, qəza nəticəsində sürücü 29 yaşlı Məmmədli Allahverdi Məmməd oğlu həlak olub.
Hadisə yerinə dərhal FHN-in xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 29 yaşlı Məmmədli Allahverdi Məmməd oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Məlumata görə, avtomobil beton arakəsməyə çırpılıb.






