media-inshot_20250825_135320350

Bakının Nəsimi rayonunda şok hadisə qeydə alınıb.

Patrulaz.az xəbər verir ki, iddiaya görə, 9 nömrəli məktəbin həyətində bir neçə pişiyin başı və dilləri kəsilmiş halda tapılıb.

Hadisə şahidlərinin sözlərinə görə, ərazidə vəhşicəsinə öldürülmüş heyvan cəsədləri aşkarlanıb. Yerli sakinlər bunun qəddarlıqla heyvanlara zərər verən bir şəxsin əməlləri ola biləcəyini ehtimal edirlər.

Qeyd edək ki, hazırda məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparacağı gözlənilir.


Bənzər xəbərlər