Bakıda saxlanılan Rusiya vətəndaşlarına həbs cəzası verildi - FOTOLAR
Bakıda İrandan narkotik vasitələrin tranziti, onlayn dövriyyəsi və kiberdələduzluq halları ilə bağlı saxlanılan şəxslər barəsində məhkəmə qərarı verilib.
Patrulaz.az “BAZA” telegram kanalına əsasən xəbər verir ki, iyulun 1-də Bakıda saxlanılan və Rusiya vətəndaşı olan iki nəfər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Məlumata əsasən, cinayət işi üzrə ümumilikdə səkkiz Rusiya vətəndaşı şübhəli şəxs qismində tanınıb. Daha 6 nəfərin məhkəməsi davam edəcək.
Həmin şəxslərin İran vasitəsilə narkotik vasitələrin Azərbaycandan keçməklə üçüncü ölkələrə daşınmasında, eyni zamanda onlayn satış və kiberdələduzluq fəaliyyətlərində iştirak etdiyi bildirilir.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.