Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edilib - VİDEO
Bakıda sərxoş halda avtoxuliqanlıq edən taksi sürücüsü həbs edilib.
Bakı Şəhər DYP İdarəsindən Patrulaz.az-a verilən məlumata görə, Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Chevrolet” markalı, 90-YL-782 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kamran Ağaliyev saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Ağaliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, on beş gün inzibati qaydada həbs edilib.