media-inshot_20260419_221100006

Ötən gün Bakıda, Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edən tanınmış türkiyəli müğənni Çelik Erişçinin davranışı sosial şəbəkələrdə kəskin etirazlara səbəb olub.

Patrul.az xəbər verir ki, sənətçinin yerli pərəstişkarlarına qarşı qeyri-etik münasibət göstərdiyi iddia edilir.

Sosial şəbəkə istifadəçiləri və konsertdə iştirak edən şahidlərin paylaşdığı məlumatlara görə, Çelik onunla şəkil çəkdirmək üçün səhnəyə yaxınlaşan pərəstişkarlarını kobud şəkildə itələyərək özündən uzaqlaşdırıb.

Bundan əlavə, sənətçinin ona təqdim olunan gülləri qəbul etmədiyi və tamaşaçıların diqqətinə qarşı soyuq münasibət bəslədiyi bildirilir.

Məsələ ilə bağlı ilk narazılığı tanınmış aparıcı Günel Xəlfəzadə səsləndirib. O, sənətçinin bu davranışını pərəstişkarlarına qarşı böyük hörmətsizlik kimi qiymətləndirib.

Paylaşılan görüntülərdə də müğənninin tamaşaçılardan uzaq durmağa çalışması və gərginliyi hiss olunur.

Hələlik müğənninin özündən və ya konsert təşkilatçılarından məsələ ilə bağlı rəsmi açıqlama gəlməyib.


Bənzər xəbərlər