Bakıda yük maşını körpüdən aşaraq avtomobillərin üzərinə düşüb - VİDEO
Bakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Patrulaz.az-ın məlumatına görə, qəza Biləcəri dairəsində baş verib.
Körpü üzərində hərəkətdə olan yük maşını idarəetməni itirərək aşıb və aşağıda hərəkət edən avtomobillərin üzərinə düşüb. Nəticədə bir neçə nəqliyyat vasitəsi tamamilə yararsız hala düşüb, xəsarət alanların olduğu bildirilir.






