media-mohammed-baqer-qalibaf

İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf ABŞ-nin son hava hücumlarından sonra Vaşinqtona sərt xəbərdarlıq edib.

Patrul.az xəbər verir ki, Qalibaf “X” hesabında etdiyi paylaşımda rəsmi Vaşinqtonun hədə-qorxu və pozulmuş vədlərin nəticəsiz qalmayacağını hələ də anlamadığını vurğulayıb:

“Amerika təhdidlərin və tutulmayan vədlərin artıq bağışlanmadığını hələ də dərk etməyib. Açıq deyirəm: zərbə endirsəniz, cavabını alacaqsınız. Əbəs yerə çabalamayın, çünki daha da bataqlığa batacaqsınız. Hörmüz boğazı ABŞ-nin təhdidləri ilə deyil, yalnız ‘İranla razılaşma’ yolu ilə açıla bilər”.

Xatırladaq ki, Qalibaf bundan əvvəlki bəyanatında da şantaj dövrünün başa çatdığını qeyd etmişdi:

“Bu gün biz ‘gözə göz’ qaydasını elan edirik – açıq və istisnasız”.

media-img_20260709_100920_968


Bənzər xəbərlər