media-venesuela_zelzele

Venesuelada baş vermiş iki güclü zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Patrul.az xəbər verir ki, Milli Assambleyanın sədri Xorxe Rodriges “Venezolana de Television” telekanalının efirində fəlakətin son fəsadları barədə rəsmi məlumat yayıb.

Son rəsmi göstəricilərə görə, təbii fəlakət zamanı yaralananların sayı 16 740 nəfərə, evsiz qalanların sayı isə 17 907 nəfərə çatıb. Ölkə rəhbərliyi tərəfindən zərərçəkmişlərin yerləşdirilməsi üçün 87 müvəqqəti sığınacaq (düşərgə) təşkil edilib və hazırda orada minlərlə zəlzələ qurbanı sığınacaq tapıb.

Axtarış-xilasetmə əməliyyatları çərçivəsində bu günədək 6 462 nəfər dağıntılar altından sağ çıxarılıb.

Xatırladaq ki, iyunun 24-də Venesuelanın şimal sahillərində cəmi 39 saniyə fərqlə maqnitudası 7.2 və 7.5 bal olan iki ardıcıl güclü yeraltı təkan qeydə alınmışdı. Fəlakət nəticəsində ölkə üzrə 190 bina tamamilə dağılıb, 856 tikiliyə isə ciddi ziyan dəyib.

Hazırda bölgədə beynəlxalq humanitar yardımların paylanması və xilasetmə işləri davam etdirilir.


Bənzər xəbərlər