Bakıxanov Çörək Zavodunun “Soba” çörəyindən tük çıxdı - VİDEO
Redaksiyamızın qaynar xəttinə daxil olan videogörüntü “Bakıxanov Çörək Zavodu”nun məhsulu ilə bağlı ciddi narahatlıq yaradıb.
Patrul.az xəbər verir ki, görüntülərdə “Soba” çörəyinin içindən uzun qara tük çıxdığı açıq şəkildə görünür. Çörək Məhəmmədi qəsəbəsində fəaliyyət göstərən “Araz” marketdən alınıb.
Vətəndaş iddia edir ki, bu hal çörəyin hazırlanması zamanı gigiyena qaydalarına lazımi nəzarətin edilmədiyini göstərir. İstehlakçı istehsal prosesinə ciddi nəzarət olunmasını xahiş edir.
Qeyd edək ki, bu kimi hallar istehlakçı sağlamlığı üçün təhlükə yaratmaqla yanaşı, müəssisənin etibarına da zərbə vurur.
Məsələ ilə bağlı qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq.







