media-img-20251022-wa0068-1

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında “BakuBus”a məxsus 3 nömrəli avtobusda insident baş verib. Yaşlı bir qadın sıxlıq səbəbindən arxa qapıdan daxil olduğu üçün sürücü nəqliyyat vasitəsini hərəkətə gətirməkdən imtina edib.

Nəticədə sərnişinlər arasında narazılıq yaranıb, gərginlik zamanı yaşlı qadının halı pisləşib. Daha sonra sürücü avtobusu idarə etməyə başlayaraq “Gənclik” metrosu yaxınlığında dayanacaqdan kənarda saxlayıb və sərnişinlərə “arxadan gələn avtobusa minin, avtobus işləmir” deyə müraciət edib.

Məsələ ilə bağlı Patrulaz.az-ın sorğusuna cavab olaraq “BakuBus” MMC-nin mətbuat xidmətindən bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır:

“Bu gün saat 08:00–09:00 radələri arasında “BakuBus” MMC-nin istismarında olan 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusda sürücü ilə sərnişin arasında insident baş verib. Hadisə ilə bağlı hazırda araşdırma aparılır. Məsələnin aydınlaşdırılması video müşahidə kameraları vasitəsilə həyata keçirilir. Qeyd edək ki, video görüntülərin çıxarılması prosesi avtobusun axşam saatlarında depoya təhvil verilməsindən sonra mümkün olur. Araşdırmanın nəticələrinə əsasən, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər