"Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın!" - DİN- dən vətəndaşlara çağırış
“Kiberdələduzlar saxta internet səhifələri və keçidlər, uduş və hədiyyə vədləri, eləcə də digər cəlbedici təkliflər vasitəsilə vətəndaşların bank kartlarına aid məxfi məlumatları ələ keçirməyə çalışırlar. Vətəndaşlara bir daha xatırladırıq ki, bank kartının məlumatları, o cümlədən CVV/CVC və əməliyyatların təsdiqi üçün göndərilən 3D Secure OTP kodları məxfidir və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır. Naməlum keçidlərə daxil olmaqdan, etibarlılığı şübhəli olan internet səhifələrində kart məlumatlarını qeyd etməkdən, şübhəli zəng, mesaj və təkliflərdən çəkinin”.
Patrul.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Daxili İşlər Nazirliyi vətəndaşları internet resurslarından istifadə zamanı diqqətli və ayıq-sayıq olmağa, bank məlumatlarının təhlükəsizliyini qorumağa çağırıb:
“Kiberdələduzluq halları ilə qarşılaşdıqda dərhal DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin”.






