Banklar müştərinin xəbəri olmadan xidmət haqqı tuta bilərmi? - Hüquqşünasdan CAVAB
Bəzi banklar müştərinin kartından, işsizlik və ya digər risklərə qarşı əlavə sığorta və xidmət haqları çıxır. Müştərilər isə bu ödənişlərin məcburi olub-olmaması, tutma qaydaları və geri qaytarılması barədə kifayət qədər məlumatlı olmurlar.
Bəs Azərbaycan qanunvericiliyinə görə, banklar əlavə xidmətləri müştərinin açıq razılığı olmadan tətbiq edə bilərmi? Bu vəziyyət istehlakçı hüquqlarının pozulması sayılırmı?
Bu barədə bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, müştərinin açıq razılığı olmadan heç bir əlavə xidmət haqqı tutula bilməz, yalnız müqavilədə göstərilmiş və əvvəlcədən bildirilmiş şərtlər əsasında tətbiq oluna bilər:

“Xeyr, müştərinin xəbəri və razılığı olmadan heç bir əlavə xidmət haqqı tutula bilməz. Sadəcə bank hesabı və yaxud bank xidmətləri müqaviləsində bəndlər ola bilər ki, ona diqqətlə baxmaq lazımdır. Bank bir tərəfli qaydada hansısa xidmət haqlarını tətbiq edə bilər. Xidmət haqqının məbləğini, qiymətini dəyişə bilər və bu barədə bankın saytındakı filan yerdə, standart şərtlərdə bir neçə ay əvvəlcədən məlumat olacaq, əgər müştəri də buna qol çəkib, razılaşırsa…
Amma hər bir halda, hətta müqavilədə belə bir şərt varsa da, orada müddət olmalıdır, Bank deyə bilməz ki, “əvvəlcədən yerləşdirməklə etməyəcəyəm”: Tutaq ki, xidmət haqqını tutmağa bu gün qoydu və bir gün sonra başladı, xeyr”.
Cəmilə Cəfərzadə






