media-inshot_20251013_160048444

Son zamanlar vətəndaşlar bankomatlarla bağlı narazılıqlarını açıq şəkildə bildirirlər. Xüsusilə bəzi bankomatların yalnız 5, 10 və 20 manatlıq əsginaslar verməsi, 1 və 2 manatlıq pulların olmaması insanların gündəlik ödənişlərini çətinləşdirir və sosial şəbəkələrdə tez-tez şikayət mövzusuna çevrilir.

Bəs, bütün bankomatların müxtəlif nominallı əsginaslar verməsi üçün hansı şərtlər tələb olunur?

İqtisadçı ekspert Əkrəm Həsənov bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, banklar üçün xırda əskinaslar sərf etmir, çünki bankomatın həcmi məhduddur:

“Hər bir bankın öz işi var və bankomat vasitəsilə hansı nominallarda pul verəcəyinə də özü qərar verir. Banklara xırda nominalları qoymaq sərf etmir, çünki bankomat bir aparatdır və onun həcmi məhduddur. Az məbləğdə əskinaslar qoyulduqda ümumi məbləğ də az olur və pul daha tez bitə bilər. Bu halda bankın əməkdaşları (inkassatorlar) daha tez-tez gəlib bankomatı doldurmalıdırlar. Bu isə əlavə vaxt tələb edir.

Ona görə də banklar çalışırlar ki, daha böyük nominallı əskinaslar yerləşdirsinlər ki, ümumi məbləğ çox olsun və tez tükənməsin. Amma bu, o demək deyil ki, aşağı məbləğli əskinaslar ümumiyyətlə olmur, sadəcə onlar daha tez qurtarır və vaxtında çatdırmaq çətin olur”.

media-inshot_20251013_160308975

Ə.Həsənov bu məsələnin hər bir bankın öz daxili işi olduğunu və ona xarici şəxslər müdaxilə edə bilməyəcəyini də vurğulayıb:

“Bu məsələ hər bir bankın öz daxili siyasətidir və buna heç kim müdaxilə edə bilməz ki, niyə səndə aşağı məbləğli əskinaslar yoxdu, ancaq yüksək məbləğlərdi.Bu qərarlar bakın öz daxili qaydalarına əsaslanır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər