İspaniyanın şərqindəki Barselona limanında anbarda təmir işləri zamanı partlayış baş verib. “Patrulaz” xarici KİV-ə istinadən xəbər verir ki, partlayışda 1 nəfərin öldüyü, 1 nəfərin ağır olmaqla 4 nəfərin yaralandığı bildirilib. Partlayışın baş verdiyi anbarda yanğınsöndürmə briqadasının yanğını tez bir zamanda söndürdüyü açıqlanıb. Barselona Bələdiyyəsi hər cür riskə qarşı kimyəvi xəbərdarlıq verildiyini, lakin bölgə xalqını riskə atacaq bir vəziyyətin olmadığını açıqlayıb.


Bənzər xəbərlər