media-fdce8fbd-17cc-41da-bc3e-521782955576

Paytaxt küçələrindən birində “10-NY-090” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin qayda pozuntusu etməsi digər hərəkət iştirakçılarının narazılığına səbəb olub. Qaynar xəttimizə göndərilən videogörüntüdə sözügedən avtomobilin velosiped üçün ayrılmış zolağa daxil olması və velosiped idarə edən digər vətəndaşlara narahatlıq yaratması öz əksini tapıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli məsələ ilə bağlı Patrulaz.az-ın soğrusuna cavab olaraq bildirib ki, videogörüntü ilə əlaqədar olaraq araşdırma aparılmış, həmin nəqliyyat vasitəsinin sürücüsü aşkarlanaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-2-ci maddəsinə uyğun olaraq protokol tərtib edilmişdir.


Bənzər xəbərlər