“Azinko” yaşayış kompleksində təhlükəli hadisə baş verib
Nəriman Nərimanov metrosu yaxınlığında yerləşən “Azinko” yaşayış kompleksində təhlükəli hadisə baş verib.
Patrulaz.az-a məlumat verən vətəndaş bildirib ki, binanın balkon altındakı aqlay daşları qoparaq iki avtomobilin üzərinə düşüb. Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Bina sakinləri bildirirlər ki, sözügedən daşların istənilən an insanların üstünə düşmə ehtimalı var və bu, ciddi təhlükə yaradır. Onlar “Azinko” MTK rəhbərliyindən məsələni tezliklə həll etməyi və ziyan görən avtomobil sahiblərinə kompensasiya ödənilməsini tələb edirlər. Lakin sakinlərin iddiasına görə, “Azinko” MTK rəhbərliyi dəymiş ziyanı ödəməkdən imtina edir.