Pakistanın baş naziri: Pakistan türklərin ikinci vətənidir
Pakistanın baş naziri Şahbaz Şərif İslamabadda keçirilən “Türkiyə -Pakistan Biznes Forumu” nda çıxış edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğanın səfər çərçivəsində geniş tərkibli tədbirlərin keçirildiyini qeyd edən nazir Pakistan və Türkiyənin qardaş, dost olduğunu bildirib.
Xalqının Qurtuluş Döyüşündə Türkiyəyə kömək etmək üçün bütün imkanlarını səfərbər etdiyini xatırladan Şərif Türkiyənin də hər cür şəraitdə Pakistana yardım etdiyini qeyd edib. Nazir Türkiyənin Avropa standartlarında canlı iqtisadiyyata və texnologiyaya sahib olduğunu bildirib.
Şahbaz “Prezident Tayyib Ərdoğanın səsi ümmətin səsidir” deyib. O əlavə edib ki, o, Qəzzada Fələstin xalqının səsi və Kəşmir xalqının azadlığının eşidilməsi üçün də mühüm səsdir.
Şərif, Pakistana sərmayə qoyarkən və ya idxal-ixrac proseslərində türk sərmayəçilərinə və iş adamlarına dəstək olmaq üçün öz komandası ilə hər zaman orada olacaqlarını və bu prosesdə baş icraçı direktor (CEO) kimi çıxış edəcəyini bildirib.
Şərif keçmişdə iş adamlarının üzləşdiyi problemlərdən kədərləndiyini qeyd edərək, Pakistana gələn bəzi türk iş adamlarının əzmlə çalışdığını və bundan hər iki tərəfin faydalandığını bildirib.