Vətəndaş: Qazı bağlasaq da, sayğac öz işinə davam edir” - VİDEO
Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 128 nömrəli məktəbin yaxınlığında yaşayan vətəndaş qaz sayğacının düzgün işləmədiyini bildirir.
Vətəndaş Patrulaz.az bildirib ki, qazı bağladıqdan sonra belə, sayğac işləməyə davam edir və bu da qaz sərfiyyatının davam etdiyi anlamına gəlir. Sakinlər bu problemin təkcə bir abonentdə deyil, başqa abonentlərdə də müşahidə edildiyini və haqsız yerə artıq ödəniş etməli olduqlarını qeyd edirlər. Onlar aidiyyati qurumlardan məsələ ilə bağlı araşdırma aparmağı və düzgün işləməyən sayğacların yoxlanılmasını xahiş edirlər.