Skuter sürücüsü təhlükəli vəziyyət yaradıb- VİDEO
Nizami küçəsi ilə Yusif Səfərov küçəsinin kəsişməsində nəqliyyatın hərəkəti ilə bağlı ciddi qayda pozuntusu qeydə alınıb.
Patrulaz.az-ın qaynar xəttinə göndərilən videoda, skuter sürücüsünün yol hərəkəti qaydalarına əməl etməməsi təhlükəli vəziyyətə səbəb olduğu qeydə alınıb.
İzləyicimizin sözlərinə görə, hadisə zamanı skuter sürücüsü xüsusi zolaqda hərəkət edərkən qulağında qulaqcıq olub və qəfildən svetoforun yaşıl işığında hərəkət edən nəqliyyat vasitəsinin qarşısına çıxıb. Bu cür hərəkətlər sürücülər üçün gözlənilməz situasiyalar yaradır və qəzaya səbəb ola bilər.
Qeyd edək ki, velosiped və skuter sürücüləri üçün ayrılmış xüsusi zolaqlar olsa da, onlar da svetoforun siqnallarına riayət etməlidirlər. Yol hərəkəti qaydalarına əməl olunmaması həm sürücülərin, həm də piyadaların təhlükəsizliyini ciddi şəkildə riskə atır.