media-4d5fa491-90a2-4a96-bbe4-b38449103754

“Son illərdə Fransanın Ermənistana dəstəyi böyük təəssüf doğurur. Fransa bununla öz işğalçı və müstəmləkəçi mahiyyətini bir daha bütün dünyada nümayiş etdirir. İşğalçı Ermənistana dəstək vermək, dünyada işğalçı kimi imic qazanmış ölkəni silahlandırmaq Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün çox ciddi təhdiddir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.

media-img_5282
O bildirib ki, Fransa Ermənistana dəstək verməklə Cənubi Qafqazda proseslərə nəzarət etmək niyyətindədir və Azərbaycana Ermənistan üzərindən bu cür təzyiqlər yaradır: “Bu isə daim fiyaskoya uğrayan siyasətdir. Fransa siyasi baxımdan hər zaman Azərbaycana qarşı qərəzli düşmənçilik mövqeyi tutub və xüsusilə Makronun hakimiyyətdə olduğu illərdə bu siyasət özünü daha aydın göstərib. Burada əsas məqsəd Azərbaycana qarşı təzyiq göstərmək, Azərbaycan müstəqil və milli maraqlara əsaslanmış siyasətinə mane olmaqdır. Bunu da həyata keçirə bilmək üçün Ermənistan kimi işğalçı bir dövlətdən istifadə edilir.
Fransa Ermənistanı kütləvi şəkildə silahlandırır, Ermənsitan isə bununla bölgədə yeni hərbi münaqişə yaratmağa yönləndirilir. Ermənistan bu baxımdan da Fransaya arxalanaraq Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınır. Bu cür siyasətin faciəvi nəticələri qaçınılmazdır. Çünki Ermənistan Fransanın və digər Qərb dairələrinin təhriki ilə təhlükəli oyunlara qoşulur. Sonda isə Ermənistanı faciəvi nəticələr gözləyir. Çünki Ermənistan yeni təxribatlara əl atarsa, bu zaman Azərbaycanın da cavabı sərt olacaq.
Ermənistan daim riyakar və xəyanətkar mövqe sərgiləyən ölkə olub. Uzun illər Ermənistana dəstək verən, silahlandıran Rusiya ilə münasibətlər də göz önündədir, Ermənistan öz xəyanətkar siyasətini həyata keçirir. Şübhəsiz ki, zamanı gəldikdə Ermənistan Fransaya qarşı da eyni addımı atacaq”.


Bənzər xəbərlər