“Fransa daim Ermənistanı dəstəkləyir” – ŞƏRH
“Ermənistanla Fransanın münasibətləri daha da inkişaf edir”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
O bildirib ki, Nikol Paşinyan qısa müddət öncə Fransada səfərdə oldu və süni intellektlə bağlı tədbirdə iştirak etdi: “Həmçinin Fransa Ermənistanı silahlandırır, Avropa İttifaqının mülki missiyasının böyük hissəsi də fransızlardır. Bütün bunlar onlar arasındakı əlaqələrin daha da inkişaf etdiyini göstərir. Fransa daim Ermənistanı dəstəkləyir və ATƏT-in Minsk Qrupunun həmsədri kimi də 28 il müddətində Ermənistanı dəstəklədi. Onlar arasındakı münasibətə yalnız Ermənistan tərəfindən son qoyula bilər, amma bu da real deyil”.