56 nömrəli məktəbdə xarab ayran satılır - VİDEO
Bakı şəhərində yerləşən 56 nömrəli orta məktəbdə şagirdin aldığı ayranın xarab olduğu məlum olub.
Patrulaz.az-ın qaynar xəttinə daxil olan məlumata görə, şagird ayranı açdıqda onun qatılıq dərəcəsinin anormal olduğu və içilməyəcək halda olduğunu bildirib. Bu hal məktəb yeməkxanasında satılan qidaların keyfiyyətinin sual altında olduğunu göstərir. Şagirdlər və valideynlər məktəb rəhbərliyindən yeməkxanada satılan məhsullara ciddi nəzarət edilməsini xahiş edirlər.
Məktəb yeməkxanasının yoxlanılması və bu cür halların təkrarlanmaması üçün tədbirlər görülməsi vacibdir.