media-img_5169

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Davos Forumu çərçivəsində Çin televiziyasına verdiyi geniş müsahibə dünyada böyük əks-səda yaratdı. Çünki müsahibə bu günün reallıqlarını, dünyada baş verən hadisələri, dövlətlərin bu hadisələrə münasibətlərini özündə əks etdirir və dövrün gedişatını qiymətləndirmək baxımdan çox əhəmiyyətlidir. Geniş müsahibədə sözsüz ki, ölkənin milli maraqlarını təmin edə biləcək və ona yönləndirilən amillərə yer verilib. Bu dövlət rəhbərimizin mövqeyindən, onun iradəsindən, hadisələrə baxışından irəli gəlir. Müxbirin suallarından biri son illərdə əldə olunan nailiyyətlərə münasibətdir ki, ölkə başçısı bu suala qürurla cavab verərək, bildirib ki, son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunmasıdır. Əlbəttə fəxr ediləcək məqamdır, çünki Azərbaycan xalqı otuz il düşmən üzərində qələbənin arzusunda olub və nəhayət ölkə rəhbərinin düşünülmüş siyasəti, ordumuzun gücü, xalqımızın birliyi sayəsində torpaqlarımız düşməndən azad edilmişdir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, ölkə başçısı qələbənin qazanılmasına kölgə salan müəyyən amilləri, maeələri şərh etmiş və bildirmişdir ki, bir çox beynəlxalq təşkilatların, eləcə də müvafiq aparıcı dövlətlərin qərarları olmasına baxmayaraq, Azərbaycan torpaqları 30 il işğal altında qalmış, şəhər və kəndlərimiz viran edilmişdir: “Ölkə rəhbəri uğurlarımızı, iqtisadi inkişafı, qazanılan nüfuzu ölkə daxilindəki sabitliklə qiymətləndirmiş  və nailliyyətlərimizin əsası hesab etmişdir.

Azərbaycan rəhbəri 200 ölkəni bir araya gətirən COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı fikirlərini bildirmiş və bunun əhəmiyyətini vurğulamışdır. COP29-un ölkəmizdə yüksək səviyyədə təşkili və keçirilməsi Azərbaycanın uğurudur. Bu fonda ölkə rəhbəri dünya ölkələri ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verildiyini vurğulamışdır.

Prezident İlham Əliyev Qərbin, Bayden Adminstrasiyasının son dörd ildə ölkəmizə qarşı yönləndirilmiş təhdidləri ilə bağlı da mövqeyini bildirmişdir. Ölkə rəhbəri qeyd edib ki, dünya ölkələrinin rəhbərləri bu gün beynəlxalq hüquq normalarından kənara çıxır, müstəqil dövlətərə ikilistandartlar tətbiq, nəticədə isə müharibə və münaqişələrə yol açır. Bayden Adminstrasiyası və Avropa İttifaqının, eləcə də bəzi xarici dövlətlərin Azərbaycana münasibətində qeyd olunanlar özünü aydın şəkildə göstərir. Bu birbaşa olaraq dövlətlərin suverenliynə təhdid deməkdir.

Bütövlükdə ölkə rəhbəri cənab İlham Əliyevin Çin televiziyasına verdiyi müsahibə toxunduğu fərqli məsələlər baxımdan yadda qalan oldu və günümüzün real vəziyyətini özündə əks etdirərək, Azərbaycanın mövqeyini nümayiş etdirdi”.


Bənzər xəbərlər