75 min işçi Trampın “istefa müqabilində kompensasiya” təklifini qəbul edir
ABŞ-da təxminən 75,000 işçinin ABŞ prezidenti Donald Trampın federal hökuməti ixtisar etmək səylərinin bir hissəsi olaraq “federal hökumət işçilərinə istefa müqabilində işdən çıxma haqqı ödəmək” təklifini qəbul etdiyi bildirilir.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ -da federal hökumətin insan resursları agentliyi olan Personal İdarəetmə Ofisinin sözçüsü Trampın “federal hökuməti ixtisar etmək” səylərinin bir hissəsi olaraq istefaya getməsi müqabilində işçilərə işdən çıxma pulu ödəmək təklifi ilə bağlı açıqlama verib. Buna görə təxminən 75 min adamın Trampın təklifini qəbul etdiyi, lakin istefa verənlərin sentyabr ayına qədər maaş almağa davam edəcəyi bildirilib.
Tramp öz təklifi ilə federal işçi qüvvəsinin təxminən 5-10 faizini hədəf almasına baxmayaraq, təklifi qəbul edənlərin sayı federal işçi qüvvəsinin 5 faizindən azını təşkil edir.