media-retouch_2025062917053692

“Yekaterinburqda baş verənlər rəsmi Moskvanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi siyasətin nəticəsidir. Ona da şübhə yoxdur ki, Rusiyada soydaşlarımıza, eləcə də özbək, türkmən, qırğız qardaş və bacılarımıza qarşı zaman-zaman həyata keçirilən siyasətinin başında Rusiya hakimiyyəti və birbaşa Putin dayanır.

Baş verənlər rəsmi Moskvanın həyata keçirdiyi şovinist və islamafob siyasətin bariz göstəricisidir. Bu həm də Rusiyada hüquq, məhkəmə, insan hüquq və azadlıqları anlayışlarının işləmədiyini və hüquq mühafizə orqanlarının repressiya maşını qismində çıxış etdiyinin sübutudur”.

Bu fikirləri Patrulaz.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, sivil dünyanın cəngəllik qanunları ilə idarə olunan Rusiyaya dur deməsinin vaxtı artıq çoxdan çatıb:

“Bu gün Putin hakimiyyətinin təqib və repressiyalara görə Stalini belə ötüb keçdiyi bir həqiqətdir. Rusiya hüquq mühafizə orqanlarının öz qəddarlığına və özbaşınalığına görə 90-cı illərdə qara maska altında Rusiyanın ayrı-ayrı regionlarında soydaşlarımıza qarşı qəddarlığı ilə seçilən OMON-u belə geridə qoyduğunu deyə bilərik. Amma indi OMON və eləcə də Rusiyanın digər güc strukturları bunu açıq şəkildə, maskalanmadan və daha amansızlıqla həyata keçirilər. Onların bu fəaliyyətinə təkcə siyasi hakimiyyət deyil, ayrı-ayrı media qurumları və eləcə də Rus Provoslav kilsəsi də haqq qazandırır. Bu isə ilk növbədə rus xalqının faciəsidir”.

media-img-20250629-wa0009

Rəşad Bayramov bildirib ki, bu gün azərbaycanlılara, Rusiyada yaşayan digər xalqlara qarşı amansız rəftara görə cəzasız qalan, əsrlər boyu qardaş adlandıqları, slavyan Ukrayna xalqına qarşı sözün əsa mənasına soyqırım həyata keçirən, uşaq, qadın, yaşlı demədən mülki insanları hədəfə alan Putin rejimi qısa müddət sonra rusların özlərinə qarşı da eyni siyasəti həyata keçirəcək:

“Odur ki, Rusiyada yaşayan soydaşlarımızın maksimum şəkildə ayıq-sayıq olması lazımdır. Çünki indi Yekaterinburqda baş verənlərin sabah Rusiyanın digər regionlarında da baş verməyəcəyinə heç bir zəmanət yoxdur. Ayıq olmağa və bir yumruq kimi bir olmağa ehtiyac var.

Yekaterinburqda baş verənlərə təkcə rəsmi Bakının münasibət bildirməsi də azdır. Səsini çıxarmayan və hələ də nəyisə gözləyən Rus İcmasının münasibət bildirməsi lazımdır.

Eləcə də 20 Yanvar hadisələrindən, Xocalı soyqırımından, mülki təyyarəmizin vurulmasından dərs çıxarmayıb övladlarına rus təhsili verib onları Rusiya sevgisi ilə böyüdən insanımızın da nəhayət ki, ayılmasına ehtiyac var”.

Ləman  Sərraf


Bənzər xəbərlər