Başının üstündə uçan quşu dron zənn edən Tramp təşvişə düşdü - ANBAAN GÖRÜNTÜLƏR
ABŞ Prezidenti Donald Tramp çıxışı zamanı başının üzərindən uçan quşu dron hesab edərək qısa müddətlik çaşqınlıq yaşayıb.
Patrul.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, hadisə bu gün Ağ Evin bağında keçirilən tədbir zamanı baş verib.
Belə ki, çıxışı zamanı Tramp havada uçan quşu dron zənn edib və zarafatla bunları deyib:
“Bu, o… Mən elə bildim drondur. İndi onları hər ölçüdə hazırlayırlar. Eşitdiyiniz kimi, onlar çox dağıdıcı ola bilər”.
Həmin anın görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb.
Gülbəniz Səfərova






