media-inshot_20260227_114847903

Novruz bayramı ərəfəsində bazarda qiymət artımları müşahidə olunur. Bu dəyişikliklər əsasən mövsümi tələbin artması, istehsal və logistika xərcləri, eləcə də bazar şərtləri ilə bağlıdır. Bayramdan sonra qiymətlərin dinamikasında sabitləşmə ehtimalı da müzakirə mövzusudur.

Bayramöncəsi qiymət artımının səbəbi nədir?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Patrul.az-a açıqlamasında bildirib ki, Novruz bayramı ərəfəsində qiymət artımının əsas səbəbi mövsümi tələbin kəskin şəkildə yüksəlməsidir:

“Bayram süfrəsi üçün lazım olan ərzaq məhsulları, xüsusilə şirniyyatlar, quru meyvələr, çərəzlər və digər ənənəvi məhsullar daha çox alınır. Tələb artdıqda satıcılar qiymətləri qaldıra bilirlər, çünki alıcı sayı çox olur”.

media-img-20260227-wa0007

İqtisadçının sözlərinə görə, digər mühüm səbəb istehsal və logistika xərclərinin artmasıdır:

“Nəqliyyat, yanacaq, saxlama və qablaşdırma xərcləri yüksəldikdə bu, məhsulun son satış qiymətinə təsir edir. Eyni zamanda bəzi məhsulların idxaldan asılı olması da qiymət dəyişmələrinə səbəb ola bilər”.

“Bazar şərtləri və rəqabət mühiti də qiymət artımında rol oynayır. Bayram ərəfəsində satış həcmi artdığı üçün bəzi satıcılar əlavə qazanc əldə etmək məqsədilə qiymətləri yüksəldirlər. Bayramdan sonra isə tələb azaldığı üçün qiymətlərin müəyyən qədər sabitləşməsi və ya enməsi ehtimal olunur”, deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər