media-inshot_20260216_214751462

“Dünyada qüvvələr balansı dəyişir. Bu dəyişim bütün aktorlara və regionlara da təsir edir. Zənn edirəm ki, bu kövrək dünya nizamında hər bir ölkə əsasən özünü xarici problemlərdən, təhdid və qeyri-sağlam çağırışlardan qorumağa diqqət yetirir. Bu baxımdan Serbiya Prezidenti Aleksandr Vuçiç həm daxili, həm də xarici siyasətdə təzyiqlərlə üzləşdiyi üçün etibarlı tərəfdaşa, aktor və şəxsiyyətə ehtiyac duyur ki, bu amilə də qeyri-müəyyən dünyada nadir hallarda rast gəlinir. Vuçiç bunu Azərbaycan Prezidenti cənab İlham Əliyevin simasında tapır. Bu baxımdandır ki, Vuçiç dəfələrlə Azərbaycan Prezidenti haqqında yüksək fikirlər səsləndirib, Serbiyaya səfəri zamanı dövlət başçımızı şəxsən özü həm qarşıladı, həm də yola saldı”.

Bu sözləri Patrul.az-a Prezident İlham Əliyevin Seribaya səfəri barədə şərh edən Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, bu gün liderlərdən sadəcə sülhün bərqarar olunması tələb edilmir, həm də liderlər innovativ həllər tapılması üçün səy göstərməlidirlər:

“Çünki Vuçiç beynəlxalq sistemi və aktorları bir müddət öncə açıq şəkildə tənqid edərək bildirmişdi ki, liderlər sülhə nail olunması üçün çalışmırlar, sadəcə öz reallıqlarını həyata keçirmək üçün çalışırlar. Ölkələr hərbi əməkdaşlığı gücləndirməyi, qarşılıqlı fəaliyyəti artırmağı, münasibətləri dərinləşdirməyi hədəfləyirlər.

Beynəlxalq ictimai hüquq işləmir, BMT nizamnaməsi artıq işlək mexanizmə sahib deyil. Buna görə də Serbiya Lideri məhz belə bir çətin reallıqda nəticə əldə edən Azərbaycan Liderinə pənah gətirir. Serbiya həmçinin Türkiyə və Ərəb ölkələri ilə əməkdaşlığa maraq göstərir. Azərbaycanın sözü gedən aktorlarla münasibətləri bəllidir. Serbiya qarşıdakı dövrdə siyasi və iqtisadi maraqlarını qorumaq üçün intensiv beynəlxalq fəaliyyət həyata keçirməlidir. Bu baxımdan Azərbaycanın etibarlı tərəfdaş olduğunu aydın görür”.

media-inshot_20260216_214034353

Millət vəkili vurğulayıb ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində imic qazanmış ölkədir:

“Ən maraqlı məqamlardan biri ondan ibarətdir ki, Avropa dünyaya hüquq qaydalarını, universitetləri, elmi gətirən bir region kimi düşünülürdüsə, artıq digər xalqlar və millətlər min illər əvvəl də öz sivilizasiyalarının olduqları üzərində daha qətiyyətlə dayanırlar. Bu baxımdan Azərbaycan qədim sivilizasiya məkanıdır. Təbii ki, Serbiyaya səfəri zamanı Azərbaycan Prezidentinin xüsusi qarşılandığının, xüsusi rəğbət gördüyünün şahidi olduq. “Ay Laçın” mahnısının ifa olunması da Azərbaycana verilən dəyərdən, Azərbaycan Prezidentinə göstərilən rəğbətdən xəbər verir. Qarabağın səsi, nəfəsi, avazı sərhədləri aşır. Həmçinin, Serbiya Prezidentinin Azərbaycan nemətləri ilə bağlı səsləndirdiyi fikirlər də çox önəmlidir. Serbiya Prezidenti Azərbaycanın məhsullarını digər mənbələrdən daxil olan məhsullarla müqayisə etdi, Azərbaycan məhsullarına diqqət çəkdi və bu baxımdan Azərbaycandan idxalda maraqlı olduğunu son dərəcə qəti və ürəkdən bildirdi”.

“Belqradla Bakı arasında “Air Serbia” vasitəsi ilə birbaşa reysin açılması münasibətlərə müsbət təsir edəcək. Məsələn, ondan ibarətdir ki, Serbiya ilə Azərbaycan arasında münasibətlərin yeni bir mərhələyə keçdiyinin şahidiyik və Azərbaycan istər Münxendə, istərsə də Serbiyada bir daha sülhdə, əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirdi”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər