Berlində ictimai nəqliyyat işçiləri 2 günlük “tətil”ə çıxıblar
Almaniyada ardıcıl olaraq keçirilən “boykot”lar həyata mənfi təsir etməyə davam edir.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Berlin Nəqliyyat Müəssisələrinin (BVG) işçiləri maaşların artırılması tələbi ilə martın 19-u və 21-də 48 saatlıq xəbərdarlıq tətili keçiriblər.
Tətil martın 21-i saat 03.00-da başa çatacaq. Tətillə əlaqədar paytaxtda şəhərdaxili avtobus, metro və tramvay xidmətləri olmayacaq. Berlində yalnız başqa bir qurum tərəfindən idarə olunan şəhərətrafı qatarlar müntəzəm olaraq işləməyə davam edir.
Tətil səbəbindən bir çox insan velosiped, elektron skuter və skuter kimi nəqliyyat vasitələrindən istifadə edib. Şəhərdaxili avtonəqliyyat vasitələrinin hərəkətinin intensivləşməsi ilə əlaqədar bir çox məntəqələrdə nəqliyyatın hərəkəti zəifləyib, bəzi küçələrdə isə nəqliyyatın hərəkəti dayanıb.