Beyləqanda ailə münaqişəsi: 32 yaşlı qadın bıçaqlandı
Beyləqan rayonunda 32 yaşlı qadın bıçaqlanıb.
Patrulaz.az “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə rayonun Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. Rayon sakini, 1993-cü il təvəllüdlü Ülviyyə Rövşən qızı Mahmudlu qolundan bıçaq xəsarəti ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin həyat yoldaşı Orxan Mahmudlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.






