Beyni ilə kompüteri idarə edən şəxs indi bunu edə bilmir
İlon Maskın beyin-kompüter interfeysi sahəsində məşhur layihəsi olan “Neuralink”in apardığı ilk insan sınağı texniki uğursuzluqla nəticlənib.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, “Neuralink” layihəsi üzrə beyin çipi taxılan iflis adamı kompüteri artıq düşüncəsi ilə idarə edə bilmir.
Məlumata görə, 2024-cü ilin yanvarında “Neuralink” cihazı beyin toxumasına implantasiya olunan ilk insan olan Noland Arbaugh artıq bu texnologiyanın əsas funksiyasından istifadə edə bilmir. Cihazın içindəki mikrotellərin zamanla qırılması və yerindən tərpənməsi nəticəsində Arbaugh-un kompüterlə zehni əlaqəsi kəsilib.
Lakin 2025-ci ilin mart ayında aparılan texniki yoxlamalar nəticəsində çipin içindəki elektrodların əksəriyyətinin işləmədiyi aşkar edilib. Səbəb kimi beyin toxumasının implanta sürtülməsi və naqillərin zədələnməsi göstərilib.
Bütün bunlara baxmayaraq, başına çip yerləşdirilən Arbaugh layihəyə olan ümidini itirmir:
“Bəli, bu uğursuzluqdur. Amma bu yolun sonu deyil. Şirkət çipi yeniləyib və bəzi funksiyalar artıq qismən bərpa olunub”.
Şirkət isə məsələ ilə bağlı hələlik ətraflı açıqlama verməyib.
Qeyd edək ki, cihaz neyron siqnallarını oxuyaraq istifadəçiyə yalnız düşüncə ilə kursoru hərəkət etdirmək, şahmat oynamaq və sosial mediada gəzişmək imkanı verirdi. Arbaugh boyundan aşağı iflic olmasına baxmayaraq, bu texnologiya vasitəsilə gündəlik virtual fəaliyyətlərdə iştirak edə bilib.
Gülbəniz Səfərova






