media-7402c900-4d77-4ffa-b9bd-d37e26aedba3

Martın 2-də gecə saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində diqqətçəkən hadisə baş verib.

Patrul.az redaksiyasına göndərilən videogörüntüdə iddia olunur ki, 77-GN-138 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ərazidə dayanmış VAZ-2107 markalı nəqliyyat vasitəsindən benzin oğurlayıb.

Bildirildiyinə görə, hadisə ərazidə yerləşən yaşayış evlərindən birinin müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb. Kadrlarda sürücünün avtomobildən düşərək digər nəqliyyat vasitəsinin yanacaq çənindən benzin çəkdiyi və onu qaba doldurduğu görünür.

Daha sonra həmin benzinlə dolu qabı öz avtomobilinə yerləşdirərək ərazini tərk etdiyi iddia edilir. Görüntülərdə sürücünün bu hərəkəti olduqca rahat şəkildə həyata keçirməsi diqqət çəkir.

Aynur Nadirqızı


Bənzər xəbərlər