media-inshot_20250828_152857124

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yeni Ələt–Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində olub.

Belə ki, idarəetmədən çıxan “KIA” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Qəzada avtomobildə olan azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır


Bənzər xəbərlər