"Bilmirəm, Nəriman haqda nə deyim" - Qurban Qurbanov
“Bilmirəm, Nəriman haqda nə deyim. Bəlkə, hansısa fikir desəm, azarkeşə qarşı çıxmış olacağam”.
Patrul.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda “Ayaks”a 2:4 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Baş məşqçi gənc oyunçu Nəriman Axundzadənin çıxışından narazı qalan azarkeşlərə deməyə sözü olmadığını bildirib:
Tam razı qalmadım. Yağışlı hava idi, oyuna sonradan daxil olmaq çətin idi. Sürəti artırmaq istəyirdik. Kaşuk və Nəriman daha dəqiq olsaydı, fərqli nəticə ola bilərdi. İlk dəfə deyil ki, belə addımlar atırıq, sadəcə bu dəfə alınmadı. Təəssüf ki, Nərimanla bağlı çox müzakirə gedir. Mən özüm bilmirəm onun haqda nə deyim. Hər hansı fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olaram. Daha yaxşı oynaya bilərdi. Mən futbolçularımın yanındayam, indi də. Kamilo Duran nə qədər sprint etdi, güc sərf etdi, yorulmuşdu. Azarkeşlərin narazılığı barədə xüsusi bir cavabım yoxdur. Nəriman daha yaxşı oynaya bilərdi, eləcə də sonradan meydana daxil olan digər futbolçular”, -deyə o bildirib.






