Binadan yıxılan 8 yaşlı uşaq həyatını itirdi
Bakıda yaşayış binasında azyaşlı uşaq hündürlükdən yıxılaraq həyatını itirib.
Patrulaz. az“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə paytaxtın Nərimanov rayonu, Balaəmi Dadaşov küçəsində yerləşən “Zümrüd Residence” kompleksində qeydə alınıb.
İlkin məlumata əsasən, 8 yaşlı oğlan uşaq binanın 8-ci mərtəbəsindən yıxılıb.
TƏBİB-dən verilən açıqlamada bildirilir ki, 14 iyun 2025-ci il tarixində azyaşlı şəxs bədənin müştərək travmaları diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çatdırılıb.
Aparılan bütün zəruri tibbi yardımlara baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.






