Binədə güclü külək işıq dirəyini əydi: Aidiyyəti qurumlara ÇAĞIRIŞ - VİDEO
Bu gün Bakıda müşahidə olunan güclü külək Binə qəsəbəsində təhlükəli vəziyyət yaradıb. Qəsəbə ərazisində yerləşən işıq dirəklərindən biri küləyin təsirindən yerindən oynayaraq əyilib.
Sakinlərin sözlərinə görə, dirəyin hər an aşıb yaxınlıqdakı insanlara və nəqliyyat vasitələrinə ciddi zərər vurma ehtimalı var. Bu isə həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Patrulaz.az olaraq aidiyyəti qurumlara çağırış edirik: hər hansısa bədbəxt hadisə baş vermədən, təhlükəli vəziyyətin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir.
Günay Salayeva






