Binəqədidə kanalizasiya borusu partlayıb, küçə gölə dönüb – Sakinlər 1 aydır problemin həllini gözləyir - VİDEO
Bakı şəhəri, Binəqədi rayonu Baksel küçəsi 55 ünvanında kanalizasiya xəttinin partlaması yolu sular altında qoyub.
Patrulaz.az-ın əldə etdiyi görüntülərdə əks olunub ki, küçə çökəklikdə yerləşdiyindən kanalizasiyadan sızan sular burada toplanaraq avtomobil yolunu faktiki olaraq gölə çevirib.
Kadrlarda vətəndaşlardan birinin suya daş ataraq onun dərinliyini göstərməsi də əks olunub.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edildikdən sonra müəyyən təmir işləri aparılsa da, problem tam aradan qaldırılmayıb. Nəticədə yenə də kanalizasiyadan axan sular yolun hərəkət hissəsini istifadəyə yararsız vəziyyətə salıb.
“Buradakı vəziyyətə görə maşınlar yoldan istifadə edə bilmir. Üzdən belə görüməyinə baxmayın, su dərindir. Burada maşın işləyə bilər?”,- deyə vətəndaş qeyd edərək problemin artıq 1 aydır ki, həll olunmadığını bildirir.
Yerli sakinlər aidiyyəti qurumlardan Baksel küçəsindəki kanalizasiya sisteminin tam bərpasını və yolda yığılan suların təmizlənməsini xahiş edirlər.
Gülbəniz Səfərova






