media-img_5595

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü: Tağızadə Rüfət Mais oğlu, həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı və övladları Ümid və Sərəyya yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirirlər.


Bənzər xəbərlər