media-img-20260724-wa0020

Bakının Həsən Əliyev küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişməsində yerləşən obyektin yol hərəkətinə maneə yaratdığı bildirilir.

Bu barədə Patrul.az-a müraciət edən vətəndaş bildirib ki, svetaforun yaxınlığında, piyada keçidinin yanında inşa edilən obyekt sürücülərin görünüş bucağını məhdudlaşdırır. Onun sözlərinə görə, kəsişmədə yerləşən svetaforun görünməsində də çətinlik yaranır.

Vətəndaş qeyd edir ki, qarşı tərəfdə yerləşən svetafor isə ağacların arasında qaldığından onu vaxtında görmək mümkün olmur. Bu səbəbdən həmin ərazidə hərəkət iştirakçılarının təhlükəsizliyi ilə bağlı narahatlıq yaranıb.

Sürücülər aidiyyəti qurumlardan problemin tezliklə həll olunmasını xahiş edirlər.

media-img-20260724-wa0019


Bənzər xəbərlər