media-inshot_20260724_120110301

İşdən çıxmaq istəyən şəxslərin qarşılaşdığı ən geniş yayılmış məsələlərdən biri də “bir ay işləməlisən” tələbi ilə bağlıdır. Bir çox işəgötürən bunu məcburi qayda kimi təqdim etsə də, qanunvericilik bütün hallarda belə öhdəlik nəzərdə tutmur. Bəs işçi hansı hallarda xəbərdarlıq etmədən əmək müqaviləsinə xitam verə bilər?

Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Patrul.az-a danışıb. 

O bildirib ki, əmək müqaviləsinə xitam yalnız qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla və müəyyən edilmiş prosedurlara uyğun həyata keçirilə bilər.

F. Əkbərovun sözlərinə görə, əmək müqaviləsinə xitam hüquqi münasibətin qanuni əsaslarla sona çatdırılması deməkdir:

“Əmək müqaviləsinə xitam – hüquqi bir münasibətin, xüsusilə əmək müqaviləsinin və ya hər hansı hüquqi öhdəliyin qanunla müəyyən olunmuş əsaslara uyğun şəkildə sona çatdırılması deməkdir. Əmək hüququnda xitam, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin bir tərəfin təşəbbüsü ilə və ya digər əsaslarla ləğv edilməsini ifadə edir.

Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi, yəni işdən azad olunma yalnız qanunla müəyyən olunmuş əsaslarla mümkündür və bu əsaslar konkret hallara görə müxtəlif formalarda tətbiq edilir”.

Hüquqşünas qeyd edib ki, Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları aydın şəkildə müəyyən olunub:

“Əmək Məccələsinin 68-ci maddəsində deyilir ki, Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:

a) tərəflərdən birinin təşəbbüsü;

b) əmək müqaviləsinin müddətinin qurtarması;

c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);

d) tərəflərin iradəsindən asılı olmayan hallar;

e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar”.

media-img-20260724-wa0013

Fariz Əkbərov bildirib ki, işəgötürən əmək müqaviləsini yalnız qanunda nəzərdə tutulmuş hallarda ləğv edə bilər:

“Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən

İşəgötürən tərəfindən xitam verilməsi halları:

İşəgötürən əmək müqaviləsini yalnız aşağıdakı hallarda ləğv edə bilər:

– Müəssisə ləğv olunduqda;

– Ştat ixtisarı baş verdikdə;

– İşçi tutduğu vəzifəyə peşə və ixtisas baxımından uyğun olmadıqda;

– İşçi əmək funksiyasını və ya vəzifə borcunu yerinə yetirmədikdə və ya onu ciddi şəkildə pozduqda;

– Sınaq müddətində işçi özünü doğrultmadıqda;

– Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatdıqda”.

Həmsöhbətimiz vurğulayıb ki, əmək müqaviləsinə xitam verilərkən işçinin hüquqlarının qorunması əsas prinsiplərdən biridir:

“Hər bir halda əmək müqaviləsinə xitam verilməsi qanunvericiliklə tənzimlənən prosedurlar əsasında həyata keçirilməli və işçinin hüquqları qorunmalıdır. Qanunsuz xitam halında işçi məhkəməyə və ya müvafiq əmək müfəttişliyinə müraciət edərək hüquqlarının bərpasını tələb edə bilər.

Əmək müqaviləsində əvvəlcədən göstərilən hallar.

İşçi əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etmək istədikdə, bu barədə ən azı bir təqvim ayı əvvəl yazılı formada işəgötürəni xəbərdar etməlidir (Əmək Məcəlləsinin 69-cu maddəsi).

Bəzi hallarda isə, məsələn, təhsil almaq, köçmək, pensiyaya çıxmaq və s. səbəblərlə işçi ərizəsində göstərdiyi tarixdə dərhal işdən çıxa bilər.

Əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab aparılır, işçiyə əmək kitabçası (əgər varsa) təqdim olunur və onun bütün hüquqları qorunur.

Əgər xitam qanunsuz aparılarsa, işçi bu barədə məhkəməyə və ya Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər”.

Ləman Sərraf


Bənzər xəbərlər